Vous êtes sur la page 1sur 3

Bilet 28

Sual 1 .
Düz xətlərin paralellik əlamətləri
Düz xətlərin paralelliyinin birinci əlaməti: Əgər müstəvidə iki xətt
üçüncü düz xəttə paraleldirsə, bu xətlər paraleldir.
Əgər a||c və b||c, onda a||b.
Düz xətlərin paralelliyinin ikiinci əlaməti: Əgər müstəvidə iki xətt
üçüncüdüz xəttə perpendikulyardırsa, bu xətlər paraleldir.
Əgər a⊥c və b⊥c, onda a||b.
İsbatı: Tutaq ki, bu xətlər paralel deyil və hər hansı H nöqtəsində
kəsişir (Şəkil 1). Amma biz bilirik ki, düz xətt üzərində olmayan
nöqtədən ona yalnız bir perpendikulyar endirmək olar. Burada isə iki
perpendikulyar alırıq. Deməli xətlər kəsişə bilməz.
Düz xətlərin paralelliyinin üçüncü əlaməti: Əgər müstəvidə iki xətt
üçüncü xətt ilə kəsişərkən çarpaz bucaqlar bərabərdirsə, və ya uyğun
bucaqlar bərabərdirsə, və ya birtərəfli bucaqların cəmi 180°-yə
bərabərdirsə, bu xətlər paraleldir.

Sual 2
Üçbucağın tərəflərinə görə növləri

Bildiyimiz kimi, üçbucağın üç tərəfi vardır və üçbucağın varlığı


üçbucaq bərabərsizliyi ilə müəyyən edilir. Başqa sözə, istənilən
uzunluğa malik üç parçadan üçbucaq düzəltmək mümkün deyil.Bunin
üçün üçbucağın istənilən tərəfinin uzunuğu digər iki tərəfin
uzunuqları cəmindən kiçik, digər iki tərəfin uzunuqları fərqinin
modulundan böyük olmalıdır. Bu üç tərəfin uzunluqları arasında da
müəyyən münasibətlər ola bilər.
-hər üç tərəf bir-birndən fərqli müxtəlif uzunluqlara malik olar. Belə
üçbucaqlar müxtəliftərəfli üçbucaqlar adlanır;

- İki tərəfin uzunluğu bir-birinə bərabər olar. Belə üçbucaqlar


bərabəryanlı üçbucaqlar adlanır;

- Hər üç tərəfin uzunluğu bir-birinə bərabər olar. Belə


üçbucaqlar bərabərtərəfli və ya düzgün üçbucaqlar adlanır.
Hər bir üçbucaq üçün ümumi olan bəzi xassələri qeyd edək.
-Üçbucaq bərabərsizliyi (bu haqda yuxarıda xatırlatma verilib);
-Üçbucaqda böyük tərəf qarşısında böyük bucaq durur və tərsinə,
böyük bucaq qarşısında böyük tərəf durur;
-Üçbucağın daxili bucaqlarının cəmi 180o- yə bərabərdir. Və s.

3sual : Qapalı çoxüzlü səthin və onunla məhdud olan daxili oblastının


birləşməsi çoxüzlü adlanır.
Çoxüzlülər olduqca mürəkkəb quruluşa malik ola bilər. Evləri, binaları,
stolları nəzərdən keçirməklə siz bunu əyani görə bilərsiniz. Kristallar
təbiətdə olan real çoxüzlülərdir. Çoxüzlünün səthini təşkil edən
müstəvi çoxbucaqlılara çoxüzlünün üzləri deyilir. Çoxbucaqlının
tərəflərinəçoxüzlünün tilləri deyilir. Çoxüzlünün təpə nöqtələrində
olan çoxüzlü bucağa onun çoxüzlü bucağı deyilir. Çoxüzlünün
sərhəddi müstəvi çoxbucaqlılardan təşkil olunmuşçoxüzlü səthdir..
Çoxüzlülər qabarıq və qabarıq olmayan (çökük) kimi iki növə
bölü¬nür¬lər.
Çoxüzlü səthindəki hər bir müstəvi çoxbucaqlının müstəvisinə görə bir
tərəfdə yerləşərsə, ona qabarıq çoxüzlü deyilir. Qabarıq çoxüzlünün
istənilən iki nöqtəsini birləşdirən parça onun daxili oblastına aid olur.
Çoxüzlü səthindəki hər bir müstəvi çoxbucaqlının müstəvisinə görə bir
tərəfdə yerləşməzsə, ona çökük çoxüzlü deyilir. Qabarıq çoxüzlünün
elə iki nöqtəsini tapmaq olar ki, bu nöqtələri birləşdirən parça onun
daxili oblastına aid olmur.
Məsələn, şəkil 1-dəki çoxüzlünün səthindəki hər bir müstəvi
çoxbucaqlının müstəvisinə görə bir tərəfdə yerləşir. Başqa yanaşmaya
görə isəçoxüzlünün istənilən iki nöqtəsini birləşdirən parça da bu
çoxüzlüyə aiddir. Deməli, bu çoxüzlü qabarıq çoxüzlüdür. Şəkil
Teorem. (Eyler teoremi) Çoxüzlünün tillərinin sayı onun üzlərinin və
təpə nöqtələrinin sayları cəmindən 2 vahid azdır.
Əgər çoxüzlünün tillərinin sayını L, təpələrinin sayını N, üzlərinin
sayını F ilə işarə etsək, teoremə görə L=N+F-2 olduğunu alarıq.
Meselen
Burada L=12, N=8, F=6 olduğundan
12=8+6-2 vəya L=N+F-2 münasibətidoğrudur.
L=9, N=6, F=5 olduğundan
9=6+5-2 vəya L=N+F-2 doğrudur

Vous aimerez peut-être aussi